|
Ermənistan Azərbaycan Silahlı Qüvvələri ilə döyüşlərdə 10 hərbçisinin yaralandığını açıqlayıb

Ermənistan Tovuz istiqamətində Azərbaycan Silahlı Qüvvələri ilə döyüşlərdə yaralanan hərbçilərinin sayını açıqlayıb.

APA-nın məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, döyüşlərdə 10 hərbçi yaralanıb.

Onlardan birinin vəziyyəti çox ağır, 5 nəfərin vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti isə yüngüldür.