İşğalçı Ermənistan Tovuz bölgəsi istiqamətində gedən döyüşlər zamamı növbəti itkilərini verib.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, Azərbaycanın cavab zərbələri nəticəsində iki hərbçi məhv edilib.
Məhv edilən hərbçilər mayor Qaruş Ambartsumyan (1989) və kapitan Sos Elbakyandır (1992).
Qeyd edək ki, Ermənistan 5 yaralı hərbçinin olduğunu açıqlasa da, ölənləri gizlədir.
