ABŞ Azərbaycanla Ermənistan sərhədindəki qarşıdurmaları qınayıb və tərəfləri güc tətbiqini dayandırmağa çağırır.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Ortequsun yaydığı açıqlamada deyilir.
“ABŞ Azərbaycanın və Ermənistan sərhədindəki zorakılığı qəti şəkildə pisləyir. Tərəfləri güc tətbiqini dərhal dayandırmağa, aralarındakı mövcud birbaşa əlaqə kanallarından istifadə etməyə və atəşkəsə ciddi əməl etməyə çağırırıq”, - məlumatda belə deyilir.
