|
Koronavirusa yoluxan xalq artistinin vəziyyəti stabildir

Koronavirusa yoluxan Nəzakət Teymurovanın vəziyyəti stabildir.

Musavat.com xəbər verir ki, xanəndənin səhhəti haqda rəfiqəsi, Xalq artisti Aygün Bayramova məlumat verib. Muğam ifaçısı bildirib ki, N.Teymurova ilə tez-tez telefonla danışır və səhhəti yaxşıdır:
"Hamı sənətkarımız Nəzakət Teymurovaya görə narahatdır. Telefonum susmayıb. Səhhəti stabildir, şükür. Hamımız Allaha dua edək, tezliklə evə dönsün".

N.Teymurova isə səhhəti ilə bağlı  yalnız bir cümlə ifadə edib: "Hər şey yaxşı olacaq".