Gürcüstanda son sutkada daha 9 nəfərin koronavirusa yoluxması faktı qeydə alınıb.
Musavat.com xəbər verir ki, bununla da qonşu ölkədə indiyədək COVID-19 virusuna yoluxanların ümumi sayı 995-ə çatıb. Onların 857-i müalicə olunaraq sağalıb, 15-i isə vəfat edib.
Hazırda Gürcüstan üzrə karantində 5001, stasionar nəzarətdə isə 219 nəfər saxlanır.
