|
Səttar Mehbalıyevin diplomat kürəkəni ABŞ-a qaçıb?

Mətbuatda Azərbaycan Xarici İşlər Nazirliyinin Ümumi Katibliyinin əməkdaşı Rəşad Eyvazovun ABŞ-a qaçdığı barədə informasiya yayılıb.

Qeyd olunur ki, Azərbaycan Həmkarlar Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin qızı Nigar Eyvazova ilə evli olan Rəşad Eyvazov həyat yoldaşını və 3 oğlunu ataraq (daha dəqiqi, təxminən 1 ay olar ki, ailə dağılıb), N. adlı sevgilisi ilə ABŞ-a yerləşib.

 

Bundan əvvəl Rəşad Eyvazov 4-5 il ərzində İstanbuldakı konsulluğumuzda işləyib, diplomatik vəzifə daşıyıb. Ancaq sonradan o, Xairici İşlər Nazirliyinin sərəncamına qayıdıb, nazirlikdə işləməyə başlayıb. R.Eyvazovun bu yaxınlarda Los-Ancelesdəki konsulluğa təyinat aldığı bildirilir.

Musavat.com xəbərin nə dərəcədə həqiqətə uyğun olduğunu öyrənmək üçün ABŞ-ın Los-Anceles şəhərində yerlşən Baş Konsullumuzla əlaqə saxlayıb. Baş Konsulluqdan yayılan məlumatın həqiqətə uyğun olmadığını bildiriblər və qeyd ediblər ki, adı çəkilən diplomat XİN-in əmrilə 2018-ci ildə Baş Konsulluğa ezam olunub və hazırda da Baş Konsulluqda fəaliyyətini davam etdirir.