|
Koronavirus Roberto De Nironu da pulsuz qoydu FOTOLAR

Koronavirus məşhur Hollivud ulduzu Roberto De Nironu da pulsuz qoyub.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, aktyor 2018-ci ildə ayrıldığı həyat yoldaşı Qreys Haytoverin kredit kartı limitinin 50 min dollardan 100 minə yüksəlməsi tələbini rədd edib.

O, maddi sıxıntı yaşadığını bildirib.

Boşanma prosesləri hələ də davam edən cütlük növbəti dəfə hakim qarşısına çıxıb. Qreysin vəkili De Nironun keçmiş arvadı və uşaqlarını evə buraxmadığını, onun istifadə etdiyi və özünün ödədiyi kredit kartının limitini aşağı saldığını deyib.

Robertin vəkili də maddi iddiaların aşağı salınmasını istəyib, aktyorun sıxıntı yaşadığını bildirib. Vəkil qeyd edib ki, aktyorun restoranlar şəbəkəsi və oteli koronavirus pandemiyası səbəbindən artıq bir neçə aydır ki, fəaliyyət göstərmir.

"Nağd pulu qalmayan müvəkkilim ortaqlarından borc pul almaq məcburiyyətində qalıb", - deyə, vəkil Karolina Kraus bildirib.

2004-cü ildə evlənən cütlüyün nikah müqaviləsinə görə, De Niro ildə 15 milyon qazanc əldə etdiyi təqdirdə Haytoverə 1 milyon dollar ödəməlidir. Vəkili Krasus bildirib ki, aktyor bu il ən yaxşı halda 7 milyon dollar qazanc əldə edə biləcək.

Məhkəmədə hakim kredit kartı limitinin 50 min dollar səviyyəsində qalması, bununla belə, Haytover və uşaqlarına ev üçün 75 min dollar ödənməsi haqda qərar qəbul edib.

Xatırladaq ki, iki övladı olan cütlük 1999-cu ildə boşandıqdan sonra 2004-cü ildə yenidən evlənmişdi.

 

Instagram