|
Azərbaycanda koronavirusa yoluxanların sayı 24 mini ötüb

Azərbaycanda bu günə kimi ümumilikdə 24 min 041 nəfər koronavirus infeksiyasına yoluxub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, onlardan 15 min 093 nəfər müalicə olunaraq sağalıb, 306 nəfər vəfat edib. Hazırda 8 642 nəfərin müalicəsi davam etdirilir.