|
“Ayasofya: cami, yoxsa muzey” müzakirələrinə Bakıdan reaksiya

Ekspertlərə görə, Ayasofya ətrafındakı mübahisə daha çox siyasi məna daşıyır

“Dövlət Şurası, Ayasofyanın 27.11.1934 tarixli qərarını yekdilliklə ləğv etdi. Məscid kimi qalmalı olduğunu söylədi və bu məsələyə nöqtə qoyuldu, gerisayım başladı”.

Türkiyə mətbuatının yazdığına görə, bu barədə jurnalist və Beynəlxalq Sosial Media (USMED) prezidenti Mehmet Ardıç sosial şəbəkədə yazıb. Beləliklə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatına əsasən, Ayasofyanın muzey statusunun ləğv edilərək, məscid kimi fəaliyyət göstərməsi üçün işlərə başlanılması və eyni zamanda Dövlət Şurasının bu həftə içində açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, 15 əsrlik bir tarixə sahib və Türkiyənin ən çox turist qəbul edən muzeylərindən biri olan Ayasofyanın yenidən məscidə çevrilməsi ilə bağlı qızğın müzakirələr gedir. İstanbulun fəthindən sonra Fatih Sultan Mehmet tərəfindən məscidə çevrilən Ayasofya 500 il məscid olaraq qalıb. Son olaraq muzey kimi fəaliyyət göstərən Ayasofyanın məscid kimi fəaliyyət göstərməsi üçün məhkəməyə müraciət edilmişdi.

Bu məsələ xristian camiəsinin, xüsusən də Qərb tərəfindən narahatlıqla qarşılanıb. Hətta Rusiya Dövlət Duması bir neçə gün əvvəl Türkiyə Böyük Millət Məclisinə müraciət edərək hakimiyyəti məşhur Ayasofya məbədinin məscidə çevrilməsi planından əl çəkməyə inandırmağa çağırmışdı. Rusiya Pravoslav Kilsəsinin patriarxı Krill Ayasofyanın məscidə çevrilməsinin “Xristianlığa təhlükə” olduğunu bəyan etmişdi.

Ərdoğan isə bütün bunlarla bağlı qeyd etmişdi ki, abidənin təyinatının dəyişdirilməsi planının tənqidi Türkiyənin suverenliyinə hücum kimi qiymətləndirilməlidir.

Bəs azərbaycanlı ekspertlər necə düşünür- Ayasofya cami, yoxsa muzey kimi fəaliyyət göstərsin?

Çap versiya > Harada gəldi namaz

Dini ekspert Kənan Rövşənoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, Ayasofya 1500 yaşı, hətta bəzi mənbələrə görə, daha qədim olan bir məbəddir:

“Ayasofya15-ci əsrə qədər Bizans İmperiyasının paytaxtının əsas kilsəsi olub. İmperiyanın dövlət dini ritualları burada həyata keçirilib. 1453-cü ildə İstanbul Osmanlı dövlətinin əlinə keçdikdən sonra Ayasofya da məscidə çevrilib və bu cür fəaliyyətini davam etdirib. 1934-cü ildə Türkiyə Cümhuriyyətinin qurulmasından sonra Ayasofya muzey kimi fəaliyyət göstərib.

Ayasofya kararı son dakika ne zaman açıklanacak? Gözler Danıştay ...

Ötən 85 il ərzində bir neçə dəfə Ayasofyanın yenidən məscid kimi fəaliyyət göstərməsi üçün çağırışlar olub. Ancaq hökumətlər bunu etməyib. Əsas islamçı camiə, osmanlıçılar keçmiş imperiyanın əzəmətini xatırlatdığı üçün Ayasofiyanın yenidən məscid kimi fəaliyyət göstərməsini istəyirlər".

Kənan Rövşənoğlu qeyd edib ki, burada məsələ məscidə olan ehtiyacdan daha çox, siyasi-ideoloji məna daşıyır:

“Avropa, xüsusən də Pravoslav kilsəsi buna qarşı çıxır. Onlara görə Ayasofyanın məscid kimi fəaliyyət göstərməsindən daha çox elə muzey kimi qalması daha yaxşıdır. Bu da bir mənada ideoloji-siyasi görüşdür. Yəni bu məscid ətrafındakı mübahisə daha çox siyasi məna daşıyır. Əlbəttə, son qərarı Türkiyə xalqı və dövləti verəcək. Ancaq aydın məsələdir ki, məscidin açılması, yoxsa muzey olaraq qalması Türkiyə üçün hansısa ciddi dəyişikliyə səbəb olamayacaq. Bu məscid artıq 500 ildən çoxdur Türkiyəyə məxsusdur. Tarixi həqiqəti dəyişmək mümkün deyil.

Yəqin ki, Ayasofiya ilə bağlı növbəti dəfə qərarı dövlət rəhbərliyi siyasi vəziyyətə əsasən qəbul edəcək".

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi ...

Politoloq Əhəd Məmmədli də məsələyə öz münasibətini bildirib. O qeyd edib ki, xristian dünyasının bu etirazı heç də kilsə sevgisindən irəli gəlmir: “Qərb çoxdan kilsədən özünü ayırıb. Bu davanı ona görə edirlər ki, Ayasofyanın yenidən məscid edilməsi müsəlmanların keçmişdə olan qələbələrinin xatırladılmasıdır. Xristian dünyasını qorxudan məhz budur-müsəlmanların oyanması. Yoxsa Ayasofyanın məscid və ya muzey olması Qərbin eyninə deyil. Sekulyar Qərbin yeganə rəqibi İslam ideologiyasıdır. Və bu ideologiyadan uzaqlaşan, bu ideologiyanı uzağı ənənəvi ritualçılıq səviyyəsində yaşayan müsəlmanlar üçün Ayasofyanın məscidə çevrilməsi yenidən bir oyanma səbəbi olar. Xəlif Ömər, Səlahəddin Əyyubi, Sultan Mehmet Fateh, Barbarossa, Möhtəşəm Suleyman kimi hökmdar-sərkərdələrin ümmətindən olduqları Ayasofyanın yenidən məscid kimi bərpa edilməsi ilə müsəlmanlara xatırladıla bilər.

Son 100 ildə qalibiyyətlərə həsrət qalan müsəlmanlar üçün Ayasofyanın yenidən məscid edilməsi kiçik də olsa qələbə olardı. Təkcə xristianlar deyil, bütün qeyri-müsəlman dünyasını narahat edən məsələ müsəlmanların yenidən dirçəlməsidir. Tarixə baxsaq görərik ki, İslam ideologiyası yaranandan bütün dünya ona qarşıdır. Müsəlmanlar İslam ideologiyası altında birləşib yenidən ən böyük, hamıdan böyük olmaq iddiasını ortaya qoysalar, Amerika, Avropa, Rusiya, Çin, Hindistan, bütün qeyri-müsəlman dünyası yenidən müsəlmanlara qarşı birləşəcək. Türkiyə nümunəsində artıq bunu görürük".

Əhəd Məmmədlinin sözlərinə görə, müsəlman Türkiyənin iddiaları artdıqca, tarixinə geri dönüş etdikcə ölkələr ona qarşı birləşir: “Həbiblə Konor davasında, müsəlman döyüşçünün qələbəsinə bütün İslam dünyasının sevinməsi, müsəlmanların balaca qələbələrə belə həsrət qalmasından xəbər verir. Ayasofyanın məscid edilməsi bu balaca qələbələrin davamıdır.

UNESCO'ya çağrı: Ayasofya'yı camiye dönüştürülmekten kurtaralım ...

Lakin Ayasofyanın tarixi-ideoloji ağırlığı təbii ki, Həbib-Konor döyüşündən qat-qat dərin və köklüdür. Ərdoğan ağıllı adam olduğunu bir daha göstərdi. Ərdoğan bu məsələni Ayasofyanın təkcə məscid olması üçün ortaya atmadı. Burada həm də bir ideoloji mesaj var. Bu da ondan ibarətdir ki, müsəlmanlar əski möhtəşəmliyini dünyaya xatırlatmaqla, üstəlik, revanşa hazırlaşdıqlarını göstərir. Və bu həm də İslam revanşının İstanbul, Ayasofya, Türkiyədən başlandığının mesajıdır. Ərdoğan bununla deyir ki, İslam revanşının bayraqdarı İslam Xilafətinin son varisi Türkiyədir! Və mesaj da yerinə çatdığı üçün xristian dünyası Ayasofya etirazına qalxıb".

Əhəd Məmmədli də qeyd edir ki, Ayasofya məscid olmalıdır:

“Ayasofya 500 il məscid olub və yenə məscid kimi fəaliyyət göstərməsində heç bir problem yoxdur.

Tolerantlığa qəldikdə isə İspaniyada yüzlərlə məscid kilsə edildi. Bəs niyə bunun haqda heç kim heç nə demək istəmir?"