|
Bakıda qucaqlaşmağa görə törədilən qətl: 23 yaşlı Muradın işi

Bakıda qətl törətməkdə ittiham edilən gənc hakim qarşısına çıxarılır.

Musavat.com xəbər verir ki, 23 yaşlı Murad Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa açtıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə araşdırması hakim Əli Məmmədovun sədrliyi ilə baş tutacaq.
Murad Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə ittiham edilir.

Xatırladaq ki, qətl hadisəsi Xətai rayonu, N.Tusi küçəsində baş verib.

İlkin məlumata görə, 1967-ci il təvəllüdlü Hamlet Novruzov tanışları olan Qəribağa və Sərfinazla yemək yeyib, spirtli içki qəbul ediblər. Daha sonra onlar küçədə gəzintiyə çıxıblar. Sərxoş olan Qəribağa və Sərfinaz yol kənarında qucaqlaşıblar.

Həmin zaman küçədən keçən Murad Tağıyev onlara müdaxilə edərək ictimai yerdə qucaqlaşmamağı tələb edib.

Tərəflər arasında başlayan mübahisəyə Hamlet Novruzov da qoşulub. Mübahisə əvvəlcə davaya çevrilib. Murad üzərindəki bıçaqla Hamletin ürəyindən bir zərbə vuraraq öldürüb.