|
“Toylar başladı, balalarınıza çörək aparacaqsınız” – Rəqsanə

Rusiyada koronavirus pandemiyası səbəbi ilə qadağan edilən toy mərasimlərinin keçirilməsinə icazə verilib.

Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan müğənni Rəqsanə İsmayılova 3 ay sonra yenidən səhnəyə çıxdığını bildirib: "Bakıdakı bütün musiqiçi və sənətçiləri salamlayıram. Çətin günlər geridə qalacaq və siz də balalarınıza çörək aparacaqsınız. Toya qayıtsam belə, ürəyim sizin yanınızdadır. Bu günləri sizin də yaşamağınızı istəyirəm.
Üç ay əvvəl çox ağır bir dönəmi geridə qoyduq. Xəstəlik oldu, hər yer bağlandı və insanlar çətin anlar yaşadılar. İndi biz normal həyata qayıtdıq. Hazırda Azərbaycanda vəziyyət o qədər də yaxşı deyil. Xalqıma səbir diləyirəm".

Qeyd edək ki, müğənni həmkarı Fəqan Səfərovun toyunda səhnəyə çıxıb.