|
Moskva vilayətində 320-dən çox həyətyanı sahəni su basıb

Rusiyanın Moskva vilayətində 320-dən çox həyətyanı sahə su altında qalıb.

AZƏRTAC xəbər verir ki, güclü leysan və külək nəticəsində Moskva vilayətində 327 həyətyanı sahə, 150 bağ evi, 29 şəxsi mülkü su basıb, iki birmərtəbəli taxta evi isə su aparıb, bir körpü zədələnib. Onlarla insan evlərindən təxliyə olunaraq müvəqqəti sığınacaqlara yerləşdirilib.

İlkin hesablamalara görə, əraziyə təxminən 30 milyon rubl məbləğində ziyan dəyib.