Hollivud ulduzu Conni Depp qızı Lili Rouz barədə verdiyi açıqlama ilə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, sənətçi qızına 13 yaşında narkotik çəkdirdiyini etiraf edib:
“Qızımın 13 yaşı vardı. Hamımız bilirik ki, 12-13 yaşlarda məktəb partilərində yeniyetmələrə narkotik, siqaret, spirtli içki təklif olunur. Qızım da narkotikin dadına baxmaq istədiyini dedi. Razılaşdım, mənimlə 13 yaşındaykən narkotik çəkdi. Məsuliyyətli bir valideyn kimi borcumu yerinə yetirdim. İstəmədim tanımadığı adamların yanında ilk təcrübəsini etsin. Qızıma dedim ki, hansısa bir şənlikdə sənə narkotik təklif etsələr, qəbul et. Amma tanımadığın şəxslərlə belə bir addım atma”.
