Gürcüstan işgüzar məqsədlə ölkəyə gələcək bütün xarici iş adamlarını qəbul edəcək.
“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Baş nazirinin müşaviri İrakli Çikovani brifinqdə bildirib.
O deyib ki, bu qərar iqtisadi fəaliyyətin təşviqi məqsədi daşıyır.
Müşavirin sözlərinə görə, ölkəyə gələcək biznesmenlər xüsusi formanı doldurmalı olacaqlar:
“Xarici vətəndaşlar COVID-19-la bağlı hər 72 saatdan bir test olunmalı və ya 14 günlük məcburi karantinə alınmalıdırlar. Hər iki halda bütün xərcləri iş adamları öz hesablarına ödəməli olacaqlar”.
