|
Bakıda narkotacir saxlanıb

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanıb.

APA-nın məlumatına görə, Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü M. Həsənov saxlanıb.

Ondan 0,254 qram heroin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.