|
"Dünyadakı ən gözəl qadın" - Ronaldodan şərh

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo sevgilisi Corciana Rodriqesin "İnstaqram"da çimərlik geyimində paylaşdığı şəklinə münasibət bildirib.

Qol.az xəbər verir ki, portuqaliyalı hücumçu şəklə bu şərhi yazıb: "Dünyadakı ən gözəl qadın".

Qeyd edək ki, Ronaldo və Corciana 2016-cı ildə tanış olublar.