|
Gəncədə piyadanı maşın vurub

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətə olan “VAZ 21011” markalı minik maşını yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Mübariz Bayramovu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.