|
Bakıda "Şuşa şəhərciyi"ndə 3 ev yanıb

Fövqəladə Hallar Nazirliyi “Şuşa şəhərciyi”ndə baş verən yanğınla bağlı məlumat yayıb.

Musavat.com xəbər verir ki, Sabunçu rayonu, Ramana qəsəbəsində ümumi sahəsi 40 m² olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 120 m² olan birmərtəbəli üçotaqlı evin dam örtüyünün yanar konstruksiyaları və ümumi sahəsi 110 m² olan birmərtəbəli üçotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Evlərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bakıda güclü yanğın olub.

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa şəhərciyi"ndə qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

FHN-dən verilən məlumata görə, yanğın artıq söndürülüb.

Bakıda Şuşa şəhərciyində güclü yanğın başlayıb (FOTO/VİDEO) - Gallery Image

Bakıda Şuşa şəhərciyində güclü yanğın başlayıb (FOTO/VİDEO) - Gallery Image