|
Ermənistanda COVID-19-a yoluxanların sayı 29 minə yaxınlaşır

Ermənistanda son sutka ərzində daha 330 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

Musavat.com xəbər verir ki,  bununla da ölkədə koronavirusa yoluxanların sayı 28 min 936 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 7 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 491 nəfər olub.

İndiyə qədər Ermənistanda cəmi 125 min 815 ədəd test edilib.