|
Bərdədə iki "VAZ" toqquşub, yaralılar var - FOTO

Bərdə rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 8 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı avtomobil qarşıdan gələn "VAZ 2115" markalı digər nəqliyyat vasitəsilə toqquşub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları və təcili tibbi yardım əməkdaşları çağırılıb. Yaralılar Ağdam və Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb, yaralıların və sürücülərin kimliyi araşdırılır.

Telegram