Gürcüstanın sərhədlərində səmərəli nəzarət həyata keçirilir. Düşünürəm ki, ölkənin quru sərhədlərini açmaq üçün tələsik addımlar atmaq olmaz.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş Naziri Giorgi Qaxariya söyləyib.
O, quru sərhədlər vasitəsilə Gürcüstan vətəndaşlarının təxliyəsi və yüklərin daşınmasının təmin olunduğunu bildirib.
“Lakin biz quru sərhədləri açmağı hələ planlaşdırmırıq” –, deyə Baş Nazir vurğulayıb.
