Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov vəfat edib.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, A.Nurməhəmmədov apreldə koronavirus infeksiyasına yoluxaraq xəstəxanaya yerləşdirilmişdi.
Vəziyyəti ağırlaşdığına görə, Dağıstandan Moskvaya aparılan idman mütəxəssisi iki dəfə komaya düşmüşdü.
İyunun 19-da vəziyyəti yaxşılaşdığına görə də evə buraxılmışdı. Lakin az keçmiş onun vəziyyəti yenidən pisləşib, məlum olub ki, infeksiya idman ustasının bir sıra həyati əhəmiyyətli orqanlarını sağalmaz zədələyib.
