|
Dünyada koronavirusa yoluxanların sayı 11 milyonu keçdi

Dünyada koronavirus pandemiyasına yoluxma və bundan ölüm halları artmaqda davam edir.

Musavat.com xarici mənbələrə istinadən bildirir ki, hazırda dünyada koronavirusa yoluxanların sayı 11 milyon 1043 nəfərdir. Bu virusdan ölənlərin sayı isə 524 min 406 nəfərə çatıb. İndiyə qədər koronavirusdan müalicə alıb sağalanların ümumi sayı isə 6 milyon 162 min 463 nəfərdir.

Bildirək ki, dünyada koronavirusa yoluxma halları son günlərdə daha da yüksək templə artmaqdadır. Hazırda gün ərzində dünyada 210 minə yaxın insan koronavirusa yoluxur. Bu isə virusun yayıldığı gündən indiyədək ən pik hədd hesab edilir. Dünyanın bir sıra ölkələri və eləcə də Azərbaycanda koronavirusa yoluxma sayının zirvəsinin yaşandığı bildirilir.