|
Hindistanda bir gündə 20 mindən çox insan COVID-19-a yoluxub

Hindistanda son sutkada koronavirusa yoluxanların sayı 20 min 900 nəfər artıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 625 544 nəfərə çatıb. Son sutkada 379 nəfər koronavirusun qurbanı olub və ölənlərin ümumi sayı 18 213 nəfərə yüksəlib.

Cons Hopkins Universitetinin hesablamalarına görə, Hindistan yoluxma halların sayına görə dünyada dördüncü yerdədir.