Türkiyəli müğənni Doğuş "Xəzər" televiziyasında aparıcılıq edəcək.
Musavat.com xəbər verir ki, bu haqda "5/5" proqramında aparıcı Zaur Kamal deyib.
Doğuş yay boyunca "Doğuş şou" ilə tamaşaçıların görüşünə gələcək. Lakin verilişin həftənin hansı günləri və hansı saatda efirə gedəcəyi açıqlanmayıb.
Qeyd edək ki, məşhur teleaparıcı Xoşqədəm Hidayətqızı ilə evlidir. X. Hidayətqızı “Xəzər” televiziyasında “Səni axtarıram” verilişini təqdim edir.
