|
Məşhur aktyor 17 yaş kiçik sevgilisini döydü

Türkiyənin məşhur aktyoru Ozan Güvən ilə sevgilisi Dəniz Bulutsuz qalmaqallı şəkildə ayrılıb. 

Musavat.com xəbər verir ki, cütlük mübahisə etdiyi zaman Ozan Dənizi döyüb. Aldığı zərbələrdən gözünə qan yığılan gənc qız xəstəxanaya gedərək, tibbi ekspertizadan keçib.
Güvənin özündən 17 yaş kiçik sevgilisi məhkəməyə müraciət etməyə hazırlaşır.

Qeyd edək ki, Ozan Güvənin 45, Dəniz Bulutsuzun 28 yaşı var.