|
Latviya Rusiyanın qara təbliğat vasitəsinin yayımını dayandırdı

Latviyanın Elektron KİV-lər üzrə milli şurası ölkə ərazisində Rusiyanın dünyada qara təbliğat maşını sayılan “Russia Today” şəbəkəsinə daxil olan 7 kanalın fəaliyyətini dayandırıb.

Qurum Avropa Birliyinə daxil bütün ölkələri analoji addım atmağa çağırıb.

“RT və Kremlə yaxın digər media strukturları hər vəchlə Latviyanı “olmayan dövlət” kimi təqdim edirlər”,-deyə nəzarət orqanının bəyanatında bildirilir.

Qadağaya məruz qoyulan kanallar “RT”, “RT HD”, “RT Arabic”, “RT Spanish”, “RT Documentary HD”, “RT Documentary” və “RT TV”dir. Adı çəkilən mətbu orqanları faktiki olaraq teleaparıcı, Kremlin təbliğatçısı, hazırda AB-nin sanksiyası altında olan Dmitri Kiselyovdur.

RT-nin və “Rossiya seqodnya” şirkətinin baş redaktoru erməni əsilli, Azərbaycan və Türkiyəyə qarşı aqressiv mövqeyi ilə seçilən Marqarita Simonyandır.

Dmitri Kiselyov hər iki şəbəkənin həm internetdə, həm də peyk vasitəsilə açıq şəkildə yayımlandığını bildirərək qərarı gülməli adlandırıb.

Məsələ Rusiya Jurnalistlər İttifaqı tərəfindən şərh olunub. İttifaqın rəhbəri, populyar, eyni zamana “bədanm şöhrətli” jurnalist Vladimir Solovyov bunu “söz azadlığı və informasiya yayma azadlığına qəsd” kimi qiymətləndirib.

Qeyd etmək lazımdır ki, adı çəkilən hər 3 media mənsubu öz ölkələrində ən çox tənqid olunan və qınağa məruz qalan mətbuat nümayəndələridir. Rusiyanın demokrat kəsimi ölkədə baş alıb gedən şovinizmin, Ukraynaya və Qərbə nifrıt aşılanmasının, ekspansiya siyasətinin təbliğatında məhz bu 3 nəfəri günahlandırır.