|
Tehranda xəstəxanada baş verən partlayış nəticəsində 20 nəfər həlak olub

Ötən gecə Tehrandakı xəstəxanaların birində güclü partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 20 nəfər həlak olub. Ölənlərin 10-u tibb bacısıdır. Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və xilasedicilər cəlb edilib.

İranın bəzi mətbuat orqanları qeyd ediblər ki, partlayış xəstəxananın təsərrüfat işlərinə məsul şəxslərin məsuliyyətsizliyi nəticəsində baş verib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıblar.