Vətənə xəyanətdə ittiham edilən Orxan Rzaquliyev növbəti dəfə hakim qarşısına çıxarılıb.
İstintaq orqanı onun xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini müəyyən etsə də Rzaquliyev özünü günahkar bilmir.
Musavat.com xəbər verir ki, Orxan Rzaquliyev Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah saxlama) və 274-cü (vətənə xəyanət) maddələri ilə ittiham edilərək 16 il müddətinə azadlıqdan məhrum edilib.
Aldığı cəzadan narazı qalan Rzaquliyev Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini qismən təmin edib. Rzaquliyevin cəzası 13 ilə endirilib.
Rzaquliyevin işi ilə bağlı əvvəlki yazılarda ətraflı məlumat vermişdik.
