|
"Koronavirusa yoluxmuş xəstələrin dərman təchizatı təmin olunacaq"

“Ev şəraitində müşahidə və müalicə ancaq simptomsunz və koronavirusun yüngül əlamətləri olan şəxslər üçün nəzərdə tutluur”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov bildirib.

N. Zeynalov deyib ki, simptomsuz xəstələrin müalicəsi, yüngül əlamətləri olan xəstələrin isə əsasən vitaminlərlə təchiz olunması nəzərdə tutulur: “Bu dərmanların poliklinikalar vasitəsi ilə yoluxmuş həmin şəxslərə çatdırılması nəxərdə tutulur. Koronavirusa yoluxmuş xəstələrin evdən çıxmaması lazımdır, dərman təchizatı təmin olunacaq”.