Müğənni İbrahim Tatlısəsin yeni sevgilisi Gülçin Karakayanın kimliyi bəlli olub.
Musavat.com xəbər verir ki, müğənni sevgilisi ilə “2. Sayfa” verilişində virtual qonaq olandan sonra gənc qızın kimliyi haqqında xəbərlər yayılıb. Gülçinin İbrahim Tatlısəsin manikur ustası olduğu bildirilib.
İbrahim isə bir il öncə paylaşdığı fotoda Gülçini köməkçisi kimi təqdim edib.
Qeyd edək ki, 68 yaşlı Tatlısəsin 7 uşağı, 9 nəvəsi var.
