|
Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başa çatıb. Sədr Sahibə Qafarova çıxış edərək deyib ki, həm iclasın, həm də növbədənkənar sessiyanın gündəliyinə daxil olan məsələlərin müzakirəsi başa çatıb. S.Qafarova bildirib ki, növbədənkənar sessiya dövründə MM-in 8 iclası keçirilib, 35 qanun və qərar qəbul olunub.

Yekun nitq söyləyən Sədr səmərəli fəaliyyət üçün bütün deputatlara təşəkkür edib. Daha sonra 102 yaşlı parlamentimizin tarixi ilə əlaqədar olaraq Milli Məclis Aparatı və Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin birgə hazırladığı videoçarx nümayiş etdirilib. Spiker 30 iyun Beynəlxalq parlamentarizm günü münasibətilə deputatları təbrik edəndən sonra Dövlət Himninin oxunması ilə növbədənkənar sessiya işini yekunlaşdırıb.