|
Xaçmazda 29 yaşlı kişi intihar edib

Xaçmaz rayonunda intihar faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yergüc kəndində baş verib. Kənd sakini, 1991-ci il təvəllüdlü Əlisultanov Rəhman Balasultan oğlu özünü yaşadığı evdə asıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.