|
Ermənistan: İki deputat koronaviruslu olduqları halda parlamentə gətirilibmiş

Ermənistanın hakim “Mənim addımım” partiyasının iki deputatının bu ilin iyun ayının 22-də Milli Assambleyanın sessiyasında iştirak etməsi böyük hay-küy yaradıb.

Məsələ burasındadır ki, həmin deputatların koronavirusa yoluxması hələ bir neçə gün öncə bəlli olubmuş. Viktor Yengibaryan və Ayk Gevorkyan adlı deputatlarda bu ilin 18 və 19 iyun tarxlərində “Nork” klinikasında verdikləri koronavirus testləri müsbət çıxıb.

Ermənistan mətbutanın xəbərinə görə, bununla belə, hər iki siyasətçiyə Assambleyanın iclasında iştirak etmək əmri gəlib. Belə ki, göstərilən tarixdə Ermənistan konstitusiyasına düzəlişlər olunması barədə qanun layihəsi səsə qoyulubmuş.

İndi yerli media Milli Assmableyanın adı şəkilən üzvlərinin dərhal cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Qeyd olunur ki, bir neçə gün öncə Abovyan şəhərində bir taksi sürücüsü koronaviruslu olduğunu bilərək sərnişinlərə xidmət göstərməsinə görə həbs edilibmiş. Müxalifət eyni tədbirin hakim partiyanın funksionerlərinə də şamil olunmalı olduğunu bildirir.

Bu günlərdə Ermənistanın ədliyyə naziri Rüstəm Badasyanın da infeksiyaya tutulduğu barədə informasiya yayılıb. Lakin nazirliyin mətbuat xidmətinin rəhbəri Lusina Martirosyan həmin informasiyanı təkzib edib.

Elə Viktor Yengibaryan da öz şəxsi Facebook hesabında əvvəldən koronavirusa yoluxduğunu bildiyi halda Assambleyanın iclasına getməsi barədə iddiaları rədd edib.