|
Razi Nurullayevdən QHT-lərin fəaliyyəti ilə bağlı TƏKLİF

“QHT-ləri təsis sənədləri haqqında edilən dəyişiklik, sənədlərin elektron qaydada qəbul edilməsi yaxşı haldır, amma bu inqilabi dəyişiklik deyil. Sadəcə olaraq, əvvəl kağız formasında verilən sənədlər indi elektron qaydada qəbul ediləcək”.

Bu fikiri “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanun layihələrinin müzakirəsi zamanı deputat Razi Nurullayev söyləyib.

R.Nurullayev bildirib ki, bəzi saytlarda bunu inqilabi dəyişiklik kimi təqdim edilir: “Guya ki, bununla da QHT-lərin problemləri həll olunacaq. Burada həmkarım Azay Quliyev də, mən də dəfələrlə demişik ki, QHT-lərin işini asanlaşdırmaq üçün bir neçə il əvvəl QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qəbul olunan qanunlar dəyişdirilsin. Yalnız bu halda QHT-lərin problemləri həll oluna, nəzərdə tutulan ictimai işləri, dəstəyi verə bilər. Bu qanunun baxılmasını maksimum dərəcədə tezləşdirmək lazımdır”.