|
Pakistanda birja binasına hücum olub:

Pakistanda Fond Birjasının binasına hücum nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı yerli “Geo News” kanalı yayıb.

Polisdən bildirilib ki, binaya 4 nəfər hücum edib. Onlardan 3-ü öldürülüb, 1-i hazırda binadadır.

Silahlılar hücumdan əvvəl binanın giriş qapısını qumbara ilə partladıblar.

Yarılılardan biri polis zabiti, o biri isə binanın gözətçisidir.