Milli Məclisin plenar iclasında “Telekommunikasiya haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılaraq qəbul edildi.
Dəyişikliyə əsasən qanuna iki yeni maddə təklif olunur. Bir maddəyə əsasən, domen adlarının milli inzibatçısı- “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxsdir. Digər maddədə isə göstərilir ki, “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, domen adının milli inzibatçısı tərəfindən müəyyən ediləcək.
Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
