|
Tuba və Kıvançdan örnək davranış
Sonuncu dəfə “Cesur ve Güzel” serialında birgə rol alan aktrisa Tuba Büyüküstün və Kıvanç Tatlıtuğ örnək davranışları ilə gündəmə gəliblər.

Axşam.az xəbər verir ki, onlar UNICEF-in koronavirus səbəbi ilə başlatdığı “Her çoçuk için hayalim” (“Hər uşaq üçün xəyalım”) kampaniyasına dəstək olublar.

 

Fond evdən dərsləri mənimsəmələri üçün 3 minə qədər uşağa şərait yaradacaq.