|
Moldovada koronavirusdan ölənlərin sayı 500-ü ötüb

Hazırda Moldovada koronavirus infeksiyasına yoluxanların sayı 15 min 78-dir.

AZƏRTAC Moldovanın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkədə bu virusdan ölənlərin sayı 502-yə çatıb. Xəstələrin 455-nin vəziyyəti ağır qiymətləndirilir.

Pandemiya dövründə 8599 nəfər tam sağalaraq evə buraxılıb.