|
Sahibə Qafarovadan ordu günü ilə bağlı təbrik

Milli Məclisin plenar iclasında Milli Məclisin Sədri Sahibə Qafarova 26 iyun Silahlı Qüvvələr günü ilə bağlı fikirlərini bölüşdü. “Azərbaycan Silahlı Qüvvələri son illərdə böyük inkişaf yolu keçib”-deyən Sədr bildirdi ki, Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində ordumuz böyük inkişaf yolu keçib: “Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Qarşısında duran istənilən vəzifəni icra etməyə hazırdır. Biz 2016-cı ilin şanlı Aprel zəfərində bir daha bunun şahidi olduq. Azərbaycan xalqı ordumuza böyük inam və rəğbət bəsləyir, haqlı qürur duyur. 26 iyun - Azərbaycan Silahlı Qüvvələri günü münasibətilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrin bütün şəxsi heyətini, xalqımızı təbrik edirəm”.

Sonda spiker dedi ki, Milli Məclisin növbəti plenar iclası 29 iyunda olacaq.