|
ÜST: Tezliklə koronavirusa yoluxanların sayı 10 milyonu keçəcək

Dünya Səhiyyə Təşkilatı (ÜST) koronaviruas pandemiyası ilə bağlı hər kəsi qorxudan açıqlama verib.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, ÜST gələn həftə dünyada koronavirusa yoluxanların sayının 10 milyonu ötəcəyini açıqlayıb.

ÜST Amerika qitəsi üçün də xəbərdarlıqlar edib. Qurumun rəhbəri Tedros Adanom qeyd edib ki, bir çox ölkələrin xəstəxanalarında oksigen cihazı çatışmır.

Qurumun digər əməkdaşı Mayk Ryan isə bildirib ki, bəzi ölkələrdə virusdan ölənlərin sayı çox olsa da, virusa yoluxma pik həddində deyil.

Mayk Ryan həmçinin qeyd edib ki, Cənubi və Orta Amerika ölkələrində gələn həftə həm yoluxma, həm də ölüm sayı arta bilər.

Xatırladaq ki, hazırda dünyada koronavirusa yoluxanların sayı 9 milyon 549 min 660 nəfərə çatıb. Virusdan ölənlərin sayı isə 485 min 417 nəfərdir.