|
Sabaha gözlənilən hava şəraiti - PROQNOZ

26 iyunda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən xəbərə görə, 26 iyunda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz 25-28, Bakıda  gecə 21-23, gündüz 25-27 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək,

nisbi rütubət 65-75 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

26 iyunda Azərbaycanın rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı, əsasən şimal və qərb rayonlarında leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  

Havanın temperaturu  gecə

20-25, gündüz 30-34, dağlarda gecə 10-15, gündüz  18-23 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoz

İyunun 26-da Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.