|
Brazilya koronavirus kabusu yaşayır -son sutkada 1364 ölüm

Son 24 saat ərzində Brazilyada 40 min 131 nəfər koronavirusa yoluxub.

Musavat.com xarici mənbələrə istinadən xəbər verir ki, dünyada koronavirusa yoluxanların sayına görə ikinci yerdə olan Brazilyada bu infeksiyadan ölüm halları da kəskin artıb. Belə ki, ötən gün Brazilyada 1364 nəfər koronavirusdan dünyasını dəyişib. 

Brazilyada bu zamana qədər 1 milyon 151 min 479 nəfər koronavirusa yoluxub, 52 min 771 nəfər isə dünyasını dəyişib. 

Bu zamana qədər Brazilyada ümumilikdə 2 milyon 510 min 717 test keçirilib.