|
Dünyada koronavirusdan ölənlərin sayı 480 mini ötdü

Dünyada koronavirusdan ölənlərin sayı 480 min 094 nəfərə çatıb.

Musavat.com xəbər verir ki, virusdan ən çox ölüm hadisəsi ABŞ (123 min 476), Braziliya (55 min 771) və Böyük Britaniyada (42 min 927) qeydə alınıb.

Dünyada indiyədək qeydə alınan yoluxma hallarının sayı isə 9 369 000-i ötüb.