|
UEFA Komitəsinin növbəti iclası keçirilib

UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar iclas videokonfrans formatında təşkil olunub.

İclasda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, müvafiq komitənin sədri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdur.