|
Suriyanın iki əsgəri raket hücumu nəticəsində həlak olub

Suriyanın hava hücumundan müdafiə qüvvələri Əs-Suveyda və Deyr əz-Zor vilayətində hərbi mövqelərə raket hücumunu dəf edib.

Trend-in məlumatına görə, bu barədə SANA agentliyi bildirib.

Məlumata əsasən, düşmən təyyarələrinin mövqelərdən birinə hücum zamanı 2 əsgər həlak olub, 4 nəfər yaralanıb.