|
Azərbaycan XİN Lüksemburqu təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Lüksemburqu Milli Bayram münasibətilə təbrik edib.

Bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib.

“Böyük məmnuniyyətlə Milli Bayram münasibətilə mehriban Lüksemburq xalqını təbrik edir və onlara möhkəm cansağlığı, xoşbəxtlik və əbədi firavanlıq diləyirik”, - deyə, təbrikdə qeyd olunub.