|
Ukraynanın bəzi bölgələrində karantin rejimi yenidən sərtləşdirilir

Ukraynanın bəzi regionlarında koronovirusla bağlı vəziyyət kəskin pisləşdiyindən karantin rejimi sərtləşdirilir.

AZƏRTAC xəbər verir ki, artıq Odessa şəhərində iyunun 22-dən karantin rejimi sərtləşdirilib. Sərtləşdirməyə əsasən, şəhərə şəxsiyyət vəsiqəsiz, vətəndaşlığı və digər xüsusi statusu təsdiq edən sənədsiz çıxmaq mümkün olmayacaq. Bundan başqa, vətəndaşların maskasız gəzməyi qəti qadağan edilib, bütün qapalı məkanlarda, ictimai nəqliyyatlarda qoruyucu vasitələrdən istifadə edilməlidir. Eyni zamanda, sərnişinlərin ictimai nəqliyyatlarda oturacaqlardan əlavə istifadəsi qadağan edilib. Uşaq sağlamlıq və istirahət mərkəzlərinin fəaliyyəti dayandırılıb. Kiçik qrup hallarında təşkil edilən tədbirlərdə 5 kvadratmetr ərazidə bir adam olmalı və sosial məsafə 1,5 metr təşkil etməlidir.

Koronavirusla bağlı vəziyyətin ağırlaşdığı Lvov və Zakarpatya vilayətlərində də karantin rejimi sərtləşdirilir.