Ermənistanda koronavirusa yoluxanların sayı 20 588 nəfərə çatıb.
Musavat.com xarici mənbələrə istinadən xəbər verir ki, son sutka ərzində 320 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 10 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 360 nəfər koronavirusdan ölüb, 11 097 nəfərin müalicəsi isə davam edir.
İndiyədək Ermənistanda cəmi 96 min 843 test keçirilib.
