2020-ci ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,87 faiz azalaraq 16,539 milyon dollar təşkil edib.
Musavat.com xəbər verir ki, bu barədə trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
May ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz azalıb və 3,561 milyon dollara bərabər olub.
2020-ci ilin yanvar-may aylarında Türkiyənin dünya bazarlarına hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz azalaraq 5,634 milyard dollar təşkil edib.
Hesabat dövründə hazır geyim ixracı Türkiyənin ümumi ixracının 9,1 faizini təşkil edib.
